Qırğızıstanda matəm elan edildi

Qırğızıstan Prezidenti Sadır Japarov sentyabr ayının 19-nu Tacikistanla sərhəddə baş verən toqquşma zamanı dünyasını dəyişənlərin şərəfinə milli matəm günü elan edib.

“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, bütün ölkə ərazisində, həmçinin diplomatik korpus və konsulluq binalarında bayraqlar endiriləcək.

Məlumata görə, Qırğızıstanın son toqquşmalar zamanı 37 vətəndaşı vəfat edib, 129 nəfər isə yaralanıb. 


Share: