Qadağan edilmiş kitabların sayı rekord həddə çatdı

2022-ci ildə ABŞ kitabxanalarında kitab müsadirələrinin sayı əvvəlki ilə nisbətən iki dəfə artıb.

Kulis.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Assosiasiyanın rəhbəri Debora Kolduel-Stoun bildirib ki, 2022-ci ildə valideynlər, siyasətçilər və digər amerikalılar məktəb və universitet kitabxanalarında olan 1,6 minə yaxın kitabın məzmunu ilə bağlı 800-dən çox şikayət ediblər. Onun hesablamalarına görə, bu il ölkə qadağan olunmuş kitabların sayına görə rekord qıracaq.

Qeyd edeək ki, ABŞ məktəblərində xüsusilə Harriet Beecher Stowe-nin Tom Day’s Cabin, Rey Bradbury-nin və Mark Twainin əsərləri qadağan edilib.

Share: