Qənirə Paşayeva vəfat etdi

Millət vəkili Qənirə Paşayeva vəfat edib.

Müstəqil.Az xəbər verir ki, millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Q.Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulmuşdu. Mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin.

Share: