Putin Rəisi ilə Qarabağı müzakirə etdi

Rusiya və İran Prezidentləri Vladimir Putinlə İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb. 

Bildirilir ki, iki ölkə lideri söhbət zamanı bir sıra məsələlərlə yanaşı, Qarabağdakı vəziyyəti də müzakirə edib. 

Bununla yanaşı, Putin iranlı həmkarı ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına dair tədbirlər ətrafında fikir mübadiləsi aparıb. 

Putin, həmçinin Rəisiyə rusiyalı sülhməramlı kontingentin regiondakı fəaliyyəti barədə də məlumat verib.


Share: