“Problemləri biz yaratmamışıq” — Putin

“Avropalı tərəfdaşlarımızın müstəqil və suveren olmasını, milli maraqlarına uyğun qərarlar verməsini istəyirik”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Sənayeçilər və Operatorlar İttifaqının illik konqresində deyib.

O bildirib ki, ÜDM 2022-ci ilin iyun ayı ilə müqayisədə 4,7 faiz aşağı düşüb:

“Bunun səbəbi məlumdur. Bu, sanksiyaların tətbiqi nəticəsində baş verib. Həmin problemləri biz yaratmamışıq”.

Putin vurğulayıb ki, Avropa ölkələri özbaşına hərəkət etmir:

“Avropalı tərəfdaşlarımızın müstəqil və suveren olmasını, milli maraqlarına uyğun qərarlar vermələrini istəyirik. Təəssüf ki, bu, belə deyil”.


Share: