Gülarə Salayeva: “Bağışlasaq da, unutmamalıyıq

Ötən gün Mədəniyyət TV-nin efirində aparıcı Bəhruz Niftəliyevin təqdimatında “O” verilişi təqdim olunub.

Kulis.az xəbər verir ki, verilişin budəfəki qonağı fəlsəfə doktoru, qobelen sənətinin parlaq nümayəndələrindən biri, rəssam Gülarə Salayeva olub.

Məktəb vaxtlarıdan bədii gimnastika ilə məşğul olan Salayevanın əslində hədəfləri də arzuları da başqa olub. Lakin aldığı fiziki travmalar onun həyatında bir çox şeyləri məhdudlaşdırıb. Sonda həmin travmalar gücə çevrilərək onu Azərbaycan rəssamlığına qazandırıb. Öz sözləri ilə desək “Çox baharları qarşılamaq üçün çox qışları yola verməlisən”…

Müqəddəs Məryəmin portretini yaradan eyni zamanda islamı yüksək tutan, Allahına inanan rəssamın monoloquna qulaq asmağa dəyər.

Qeyd edək ki, “O” verilişi Bəhruz Niftəliyevin təqdimatında hər həftənin çərşənbə axşamı saat 22:00-da Mədəniyyət TV-də yayımlanır.

Verilişin informasiya dəstəkçisi Kulis.az saytıdır.

Share: