Prezident Şamaxıda yaşlı ananın əlini öpdü – Video

Prezident İlham Əliyev bu gün fevralın 5-6-da zəlzələnin baş verdiyi Şamaxı rayonunda olub.

Müstəqil.Az xəbər verir ki, Şamaxı şəhərinin Salman Mümtaz küçəsində Rasim Həsənova məxsus 33 nömrəli evə baş çəkən Prezident İlham Əliyevlə evin ağbirçəyi arasında maraqlı dialoq yaşanıb.

Prezidenti salamlayan, ondan razılıq edən ağbirçəyə Prezident söz verib ki, narahat olmayın, yeni ev tikiləcək.

Ağbirçək: Başına dönərəm, Allah Sizə uzun ömür, cansağlığı versin, ailənizlə xoşbəxt olasınız. Allah o bir oğlunuzu gözünüzə çıraq eləsin. Nə yaxşı ki varsınız. Biz Sizinlə qürur duyuruq.

Prezident İlham Əliyev: Çox sağ olun. Biz evləri bərpa edəcəyik, yenidən tikəcəyik, müvafiq göstəriş verilmişdir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünəndən Şamaxıdadırlar, yaxşı işləyirlər. Bütün müraciətlər nəzərə alınır, evlərə baxış keçirilir. Harada ki, bərpa etmək mümkündür, bərpa olunacaq. Harada ki, mümkün deyil, yeni ev tikiləcək. Dövlət bu işi öz üzərinə götürür. Əlbəttə, məncə, bu evin bərpası mümkün deyil.

Daha sonra Prezident Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdan ev tikilənə qədər hansı kömək göstəriləcəyini soruşub.

Kəmaləddin Heydərov bildirib ki, kimin imkanı, həyətində başqa bir yeri var, orada məskunlaşıb, qalanlarını rayon icra hakimiyyəti ilə birgə müvəqqəti yerləşdiririk.

Sağollaşarkən isə Prezident İlham Əliyev el ağbirçəyinin əlini öpüb.

Bu təsirli məqam social şəbəkələrdə böyük əks-səda doğurub.

Müstəqil.Az

Share: