Emin Antaliyada öldürüldümü? – Bir ailə faciəsinin tarixcəsi

(II yazı)

Xəbər verildiyi kimi, Müstəqil.Az saytı Bakı sakinləri olan Hüseynovların ailə faciəsi barədə geniş araşdırma prosesinə start verib.Ötən yazıda (http://www.mustaqil.az/2019/01/31/emin-antaliyada-olduruldumu-bir-ail%C9%99-faci%C9%99sinin-tarixc%C9%99si/, fbclid=IwAR35OpmufwPUgmkkbFlAavbtAi-MIik0gaWsncZ_eDQ4uZpyh6uxYrNmAlE? http://www.mustaqil.az/2019/02/04/oglu-antaliyada-ol%C9%99n-ana-mehriban-%C9%99liyevaya-muraci%C9%99t-etdi/?fbclid=IwAR3sY0gVzxfah-9NeAfamoEdSZitZHfiIK9mzm5ALfY5BngvoX) Bakı şəhəri, T. Məmmədov küçəsi, ev 18, mənzil 11 də yaşayan Bəybala Qaraş oğlu Hüseynovun Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı məktubun məzmunundan müəyyən dəlillər dərc edilmişdı. Məktubda dəhşətli bir cinayətdən bəhs olunur, atanın oğul övladının müəmmalı ölümündən böyük stress keçirdiyi diqqətə çatdırılırdı.

 İzin itirilməsi

Bəybala müəllimin iddiasına görə, oğlu Emin Türkiyənin Antalya şəhərində zəhərləndirilərək öldürülüb. Birinci xanıma ünvanlanan dəhşət saçan məktubda da bu cinayətin bilərəkdən izinin itirilməsindən və Azərbaycan Respublikasının hüquq – mühafizə orqanlarından birinin yüksək rütbəli rəhbərlərindən bəhs olunur. Mehriban xanımdan da bu ağır işə görə kömək istənilir.

Onun dediyinə əsasən, telefon danışıqları, oğlunun bilərəkdən Türkiyədə istirahət etdiyi zaman, Bakıdan edilən zənglə, yaxşı işçi olduğu üçün Antalyada mükafat olaraq hansısa əyləncə və istirahət tədbirinə dəvət edilməsini təsdiqləyən sənədləri tapması, qəlbi oğlunun vaxtsız itkisindən yaralı olan atanı bir an da rahat buraxmır.

 Nəticəsiz müraciətlər

Ata Hüseynovun bildiridiyinə görə, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olan oğlu Emin Hüseynov 2017-ci ilin avqust ayının 18-də növbəti məzuniyyəti zamanı Türkiyənin Antalya şəhərində istirahət zamanı zəhərləndirilərək öldürülüb. Bəybala müəllimin və onun həyat yoldaşı Elmira xanımın Mehriban xanıma ünvanladığı məktublardan məlum olur ki, o, əldə etdiyi bütün faktları Azərbaycan və Türkiyə hüquq-mühafizə orqanlarına çatdırsa da, dəfələrlə yazılı və şifahi müraciətlər etsə də, bu cinayətin səbəbkarlarının ifşa olunmasına, qanun qarşısında cəza almalarına nail ola bilməyib.

 Son görünməyən dəhliz

Redaksiyamıza təqdim olunan şikayət məktubundan o da məlum olur ki, Bəybala müəllim oğlunun öldürülməsi faktına həm Azərbaycan, həm də Türkiyə tərəfindən biganə yanaşıldığını gördükdən sonra öz imkanları daxilində bu dəhşətli cinayətin izinə düşür, müvafiq instansiyalara, mediaya üz tutub.

Şikayət məktubuna istinadla Müstəqil.Az –da dərc olunan birinci yazıda bu hadisə ilə bağlı növbəti məqalənin anonsları verilmişdi. Birinci məqam kimi, Emin Bəybala oğlu Hüseynovun Azərbaycan Respublikası yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə necə və kimin əli ilə işə götürülməsi göstərilmişdi. Onun şikayət məktubundan həmin hissəni təqdim edirik:

 200 min ABŞ dolları

“Mən, hələ 2014-ci ildə əvvəllər tanıdığım  idarənin rəsi müavini Əli Nağıyevlə görüşüb, oğlum Hüseynov Emini Baş Prokurorluqda işə düzəltmək üçün ona müraciət etdim. Əli Nağıyev mənə”məsləhətləşib sənə cavab verərəm” – dedi. Bir müddət sonra məni yanına çağırıb, Emini işə düzəltməyi danışıb həll etdiyini, onun üzrlü səbəbdən hərbi xidmətə aparılmadığına baxmayaraq, 200 min ABŞ dolları məbləğində pul istədiklərini dedi. Bildirdi ki, artıq bu məsələ həll olub, geriyə yol yoxdur. Xahiş etdim ki, heç olmasa bunu iki dəfəyə ona verim, çünki həmin məbləğ məndə yoxdur, dostlardan borc edəcəkdim. Pulu verdikdən bir neçə ay sonra oğlum Əli Nağıyevin işlədiyi idarəyə kargüzar məsləhətçi vəzifəsinə işə qəbul olundu.

Onun dediyinə görə, bir ildən sonra oğlum texniki işçidən müstəntiq vəzifəsinə keçiriləcəkdir. Bir ildən sonra mən Əli Nağıyevlə görüşərək, ona danışığımıza görə müddətin yaxınlaşdığını bildirdim, – “tələsmə, həll olunacaq”- cavabını verdi. Oğlumun işlədiyi ikinci ilin sonuna yaxın yenə də Əli Nağıyevlə görüşüb, verdiyi sözün nə vaxt həyata keçəcəyini soruşdum. Bildirdi ki, oğluma sağlamlıq haqqında arayış lazımdır. Mən də onun oğlumun sağlamlığı barəsində vəziyyətdən xəbərdar olduğunu dedim. Oğlumun qara ciyərinin transplantasiya olunduğunu, hərbi xidmətə yararsız olduğunu vaxtilə işə qəbulu zamanı bunları ona dediyimi və onun bu haqda məlumatı olduğunu ona xatırlatdım. Zamanında lazım olmayan saglamlıq haqqında arayışı niyə bu gün tələb etdiklərini başa düşmədim. Artıq hiss etdim ki, Əli Nağıyev tərəfindən aldadılmışam. Gec də olsa, başa düşdüm ki, oğluma heç zaman rütbə verilməyəcək, onu işlədiyi yerdən müxtəlif  bəhanələrlə ləkələyib, azad edəcəklər. Ancaq ağlıma belə gəlməzdi ki, çirkin əməllərini gizlətmək və nəfslərinin tamahı sayəsində oğlum qətlə yetiriləcək…”

 Boşaldılan otaq…

Ata Hüseynov həmçinin Müstəqil.Az-a açıqlamasında Eminin ölümündən bir neçə gün öncə kimin onun oğlunun Azərbaycan Respublikası yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəki iş otağının boşaldılmasını, bəzi sənədlərin yoxa çıxarılmasını, digər şəxsi ləvazimatların və əşyaların dəhlizə tökülməsi haqda göstəriş verməsindən də bəhs etmişdi.Həmin məqamları da diqqətə çatdırırıq:

“Oğlumun ölümündən sonra mən Əli Nağıyevlə telefon vasitəsi ilə “mənim oğlumun ölümündən iki gün qabaq onun iş yerindəki otağının boşaltmaqda məqsədiniz nə idi?”, – soruşduqda – o, “mənim xəbərim olmamış, sən niyə mənə məlumat vermədin? Sən bizim qardaşımızsan”, – dedi. Mən ona “həmin gün Emini siz axtarmızınıs, otağın açarını siz istəmisiniz, sizin göstərişinizlə otağa baxış keçirilmiş və sonra əşyalar dəhlızə tökülmüşdür. Mən də sizə bunu soruşmaq üçün dəfələrlə zəng etsəm də, siz telefona cavab vermədiniz”, -deyə xatırlatdım. Sonda onun cavabı belə oldu – “Gələrsən işdə danışarıq”.

“Yaxta” turgəzintisi

Bəybala müəllim oğlunun Türkiyə səfərinin də müəmmalı şəkildə təşkil olunduğunu dilə gətirib. Onun sözlərinə görə, Bakı şəhərində vacib işləri olduğu halda nədənsə Emin Türkiyəyə istirahətə razılıq verir. Türkiyədə istirahət üçün turpaketi təşkil edən “Avanqard Travel” turizm şirkətinin müdiri Yeganə Nağıyeva tərəfindən  mənbəyi və mənşəyi məlum olmayan və eyni zamanda, bu günə qədər məlum olmayan hədiyyə şəkilində təşkil olunmuş “Yaxta” turgəzintisində oğlu və həyat yoldaşı Elfira ikisi olublar. “Yaxta” turgəzintisinin şübhəli olması və sadəcə olaraq onlara  çubuqlu “fanta” içkisi verdikdən sonra taksi ilə otelə buraxıb getmişlər. Bu günə qədər bunun hansı turizm şirkəti tərəfindən təşkil olunduğu və onları taksi ilə aparan turizm işçisinin adı bəlli deyil. Zərərçəkən redaksiyamızın əməkdaşlarına bildirib ki, bunu təşkil edən Azərbaycandan “ Avanqard Travel “ turizm şirkətinin müdiri Yeganə Nağıyeva bu barədə heç bir məlumat vermək istəmir. Onun sözlərinə görə, heç kimin adını verə, heç kimə problem yarada bilməz, bu haqda ancaq məhkəmədə danışacaq.

Başına gələnlərdən dolayı Bəybala Hüseynov saytımız vasitəsi ilə prezident İlham Əliyevdən də dəstək istəyib, oğlunun qanının yerdə qalmaması üçün lazımı tədbirlərin görülməsinə göstəriş verməsini və oğul itirmiş valideynlərin harayına cavab tapılmasını istəyib.

Ötgün

 

P.S:Göründüyü kimi, qaranlıq məqamlar çoxdur və cavabları tapmağa çalışacağıq…Müstəqil.Az-ı izləyin…

P.P.S: Müstəqil.Az məqalədə adı hallanan şəxslərin və dövlət qurumunun da cavab haqqını tanıyır və yayınlamağa hazırdır

Share: