Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1544 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 375, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 231,  üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 803, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 135 nəfərdir.


Share: