“Palmali” Şirkətlər Qrupu azərbaycanlı dənizçilərə üstünlük verdi

Müstəqil. Az xəbər verir ki, “Palmali” Şirkətlər Qrupu yeni işçi qəbulu elan edir. Bu haqda Şirkətin rəsmi səhifəsində məlumat verilib.

Məlumatda bu xəbər Azərbaycanlı dənizçilərinə şad xəbər kimi öz əksini tapıb. Xəbərdə deyilir: “Şirkətimiz gəmiçilik üzrə vakant yerləri açıqladı. “Palmali” Şirkətlər Qrupu bu gündən etibarən gəmiçiliyin müxtəlif təyinatlı gəmilərində işləmək üçün dənizçilərə şans verir. İşçi qəbulu 14 Mart 2018 tarixdən etibarən 1 Avqust 2018 tarixə qədər davam edəcək.
Türkiyədə və bir çox dünya ölkələrində fəaliyyət göstərən “Palmali Holding” daha 500 Azərbaycan vətəndaşını işlə təmin edəcəyini məmnunluqla bəyan edir. “Palmali” Şirkətlər Qrupunun yeni inşa etdiyi gəmilərində və yeni layihələrində işləmək arzusunda olan 20-60 yaş arasındakı təcrübəli dənizçilər müarciət edə bilərlər. Dünyanın aparıcı Gəmiçilik şirkətlərindən olan “Palmali” 500 dən çox vakant iş yeri üzrə müxtəlif ixtisas sahibli gəmiçiləri öz sırasında görmək istəyir. Yeni tikilən gəmilərdə və digər layihələrdə iştirak edən dənizçilər əsasən Avropa və Amerika sularında üzəcək.

Gəmi kapitanı, kapitanın baş köməkçisi, 2-çi köməkçi, baş mühərrikçi, 2-ci, 3-cü mexannik, çilingərlər, elektrik və elektrik mühərrikçiləri, bosman, motorçu, matros və aşpazlar müvafiq sənədləri CV-lərə əlavə edərək [email protected] elektron ünvanına müariciət edə bilər.

Şirkətimiz xaricdə fəaliyyət göstərsə də hər zaman Azərbaycan vətəndaşlarına xüsusi diqqəti ilə seçilməyə çaılışır.

Müstəqil.Az

Share: