Pakistanda terrorçularla atışmada iki uşaq həlak olub

Cənubi Vəziristanın (Pakistan) Əfqanıstanla sərhədində hərbi əməliyyatlar zamanı radikal “Təhrik-e-Taliban Pakistan” təşkilatının yaraqlıları ilə atışma olub, hadisə nəticəsində iki uşaq ölüb.

Bu barədə Pakistan ordusunun bəyanatında bildirilir.

“Təhlükəsizlik qüvvələri ilə terrorçular arasında intensiv atışma zamanı 8 terrorçu öldürülüb, 2 hərbçi isə yaralanıb. Təəssüf ki, atışma zamanı iki uşaq həlak olub”, – deyə məlumatda bildirilib.

Uşaqların hansı şəraitdə ölməsi və terror qruplaşmasına mənsub olub-olmadıqları barədə məlumat verilməyib.

Mənbə: Gazeta.ru

Share: