Özünü riskə atan Röya həyatını sığortalayır

Xalq artisti Röya Ayxan həyatını sığortalatmaq qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, estrada ulduzunu buna vadar edən səbəb üçgünlük solo konsertində riskli performans göstərməyi planlaşdırmasıdır.

Belə ki, Röya 27, 28, 29 yanvar tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq konsertində həyati təhlükəsi olan xoreoqrafik hərəkətlərlə tamaşaçıları təəccübləndirməyi hədəf alıb.


Share: