Yeddi yaşlı qızın yanan əlinin əməliyyat olunması üçün 400 manat əskiyi qalıb

İyunun 4-də Şamaxıda baş verən bədbəxt hadisə zamanı iki uşaq xəsarət alıb.

Bu barədə Oxu.Az-a uşaqların anası Niyazova Ülviyyə məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Həmin gün yoldaşım Zaur Niyazov işdə idi. Mən isə mağazaya getmişdim. Bu zaman evdə qısaqapanma olub və ev tamamilə yanıb. Övladlarım – 2017-ci il təvəllüdlü Ayaz Niyazov və 2015-ci il təvəllüdlü Təranə Niyazova – yanıq xəsarətləri alsalar da, qızım daha çox yanıb. Qızıma 4-cü dərəcəli yanıq xəsarəti diaqnozu qoyulub. Hadisədən aylar keçsə də, qızımın vəziyyəti yaxşı deyil. Onun bir əli əməliyyat olunub. Budundan dəriköçürmə əməliyyatı edilib. İndi isə yanan digər əli əməliyyat edilməlidir. Bunun üçün isə bizə 900 manat pul lazım idi. Onun 500 manatını artıq toplamışıq. 400 manat əskiyimiz qalıb. İmkanlı şəxslərdən bizə yardım etmələrini xahiş edirəm”.

Ailə ilə əlaqə nömrəsi: 051 660 76 38

Milliön – Bank Respublika – Hesaba mədaxil – 2243 4330 – AZE 00093898
– Kart-to-kart – 5235 2222 2243 4330 Ulviyya Niyazova

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Təranə Niyazovanın ailə üzvü ilə telefon vasitəsilə əlaqə saxlanılıb:

“Vətəndaş ağır dərəcəli termiki yanıq diaqnozu üzrə Nərimanov Tibb Mərkəzində stasionar şəraitdə müalicə olunur. O, icbari tibbi sığorta ilə qarşılanan dərman vasitələri ilə təmin edilir və müvafiq tibbi xidmətlər pasiyentə göstərilir. Lakin icbari tibbi sığortanın Xidmətlər Zərfinə qeyd olunan diaqnoz üzrə dəri köçürülməsi əməliyyatı daxil deyil. Bu səbəbdən ailə yardım aksiyasının keçirilməsinə ehtiyac duyur”.

Share: