Ukraynanın ən titullu qadın tennisçisi ana olub

Ukraynalı peşəkar tennisçi Elina Svitolina ana olub.

Bu barədə onun əri, fransalı tennisçi Qael Monfis məlumat verib.

“Bu xüsusi an üçün həyat yoldaşıma və Allaha nə qədər minnətdar olsam azdır. Dünyaya xoş gəldin mənim kiçik şahzadəm” – fransız tennisçi sosial şəbəkələrdə yazıb.

Mənbə: Championat

 

Share: