Ukraynadakı partlayış canlı yayım vaxtına təsadüf etdi

Ukraynanın Çerniqov şəhərinin mərkəzində silah-sursat sərgisində baş verən partlayış jurnalistlərdən birinin obyektivinə düşüb.

Partlayışdan dərhal sonra jurnalistin müsahibə aldığı qadın və sərgidə iştirak edən şəxslər sürətlə ərazidən uzaqlaşmağa başlayıb.

Qeyd edək ki, bu gün Çerniqov şəhərinin mərkəzində silah-sursat sərgisində tank əleyhinə qumbaraatanın partlaması nəticəsində 3 uşaq yaralanıb.

Uşaqlardan birinin vəziyyəti ağırdır.

Mənbə: Nexta Live

 

Share: