Tripolidə baş vermiş silahlı toqquşmaların nəticələrinin görüntüləri

Liviyanın paytaxtı Tripolidə baş verən silahlı toqquşmalarda ölənlərin sayı artıb

Qeyd olunub ki, Tripolidə iki silahlı qrup arasında baş verən toqquşmalarda ölənlərin sayı 23-ə, yaralıların sayı isə 140-a çatıb. 

Liviya Səhiyyə Nazirliyi atışmalar zamanı ən azı 6 xəstəxanaya ziyan dəydiyini açıqlayıb. Eyni zamanda paytaxtda bir neçə avtomobil yanıb.

ABŞ-ın Tripolidəki səfirliyi qeyd edir ki, paytaxtda mülki əhalinin ölümü ilə nəticələnən şiddətli toqquşmalardan dərin narahatdır.

Share: