Təyyarədə yumruqlar işə düşdü

Sərxoş turistlər təyyarənin göyərtəsində dava salıblar. Hadisə Rusiyadan BƏƏ-yə yollanan təyyarədə (Yekaterinburq-Dubay reysində) baş verib.

Hadisə şahidləri baş verənləri videoya çəkiblər.

Kadrlarda sərnişinlərdən birinin stulda əyləşərkən səfər yoldaşını döyməyə və təhqir etməyə başladığı görünür. Bu zaman digərləri dava edənləri sakitləşdirməyə çalışırlar.

Məlumata görə, qanunu pozanlar Dubaya çatan kimi dərhal yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Onları deportasiya gözləyir.

Mənbə: REN TV

Share: