Şəmkirdə narkotikin qanunsuz dövriyyəsində şübhəli bilinən səkkiz nəfər saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkir Rayon Polis Şöbəsi və onun tabeli qurumlarının əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı apardıqları mübarizə çərçivəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şübhəli şəxslər ərazi üzrə polis orqanlarına gətirilib.

Rayon sakinləri İsmət Rzayev, Rasim Hacıyev, Seymur Əsgərov, Röyal Nuruzadə, Namiq Fərhadov, Ozal Nağıyev, Teymuraz Musayev və Yaşar Aslanovun üzərlərinə baxış keçirilən zaman heroin, marixuana və digər narkotik vasitələr aşkar edilərək götürülüb.

Saxlanılan 8 nəfər barəsində cinayət işi başlanılıb, araşdırmalar və zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Share: