Rusiyada qaçış iştirakçısı yarışdan sonra öldü

Yekaterinburq sakini İlyas Malenkov Avropa-Asiya qaçış yarışı zamanı ölüb.

37 yaşlı kişi 10 kilometr qaçmalı olsa da, cəmi 8,5 kilometr qət edə bilib.

Üçüncü keçiddən sonra onun halı pisləşib. Hadisə yerinə təcili tibbi yardım maşını gəlib.

Həvəskar qaçışçının hərarəti 41 dərəcəyədək yüksəlib. O, xəstəxanaya qaparılıb. Lakin orada komaya düşərək həyatını itirib.

İlyas Malenkov Sverdlovsk dəmir yolunun əməkdaşı və azyaşlı uşaq atası olub.

Mənbə: kp.ru

 

Share: