“Maykl Ceksonun nigahdankənar oğlu” atasının mirasından danışdı

“Maykl Ceksonun qeyri-qanuni oğlu” kimi tanınan musiqiçi Brendon Hovard atasının mirasına münasibətindən danışıb.

Jurnalistin ondan yenidən DNT testindən keçmək və Ceksonun mirasındakı payını iddia etmək niyyətində olub-olması ilə bağlı sualına o, sadəcə olaraq bütün bu ajiotajdan uzaq olmaq istədiyini deyib:

“Mən bu məsələyə qarışmaq istəmirəm. Mən bunu etməzdim”, – deyə Hovard bildirib.

Musiqiçinin sözlərinə görə onun Ceksonun oğlu ola biləcəyi ehtimalı yayıldıqdan sonra vəkillər bir neçə dəfə yanına gələrək mirası tələb etməsi təklifini irəli sürüblər.

Gəncin sözlərinə görə, o, həmişə imtina edib.

Qeyd edək ki, Brendon – “Billi” kimi tanınan müğənni Mika Hovardın oğludur. O və Cekson bir-birlərini 80-ci illərdə tanıyırdılar. Brendon 1982-ci ildə anadan olub. Bir il sonra Cekson “Billie Jean” hitini ifa etdi. Mahnının sözlərində deyilir ki, “Amma mən sənin görüşdüyün tək kişi deyildim və uşaq da mənim deyil”.

2014-cü ildə Brendon Horvardın DNT testi verdiyi və uyğunluğun 99.9 faiz olması barədə xəbərlər yayıldı. Bundan sonra ifaçı bu barədə məlumatın ictimaiyyətdə yayılmasını istəmədiyini və xüsusən də mirasda iddialı olmadığını elan etdi. Bundan bir neçə gün sonra sənədlərin saxta ola biləcəyi barədə iddialar yayıldı.

Mənbə: Gazeta.ru

 

Share: