Marsda dəmir hasil etməyin yolu açıqlanıb

Marsda Günəş işığı, reqolit (Mars qruntu) və atmosfer karbon dioksiddən istifadə edərək dəmir hasil etmək mümkün olacaq.

Suinbern Texnologiya Universitetinin alimləri bu barədə “Acta Astronautica” jurnalında məqalə dərc ediblər.

Tədqiqatçılar Mars metallarının çıxarılmasının mümkün yollarını təhlil ediblər. Onlar atmosferdə karbon qazının bolluğuna görə ən yaxşı variantın reqolitin karbotermik bərpası olacağını müəyyən ediblər. Bu proses üçün bərpaedici maddə kimi tələb olunan karbon Mars atmosferindən CO2-nin elektrolizi nəticəsində yaranan karbonmonoksidin soyudulması ilə əldə edilə bilər.

MOXIE (Mars Oxygen In-Situ Resource Utilization Experiment) adlanan üsul eyni vaxtda nəfəs almaq üçün oksigen istehsalında istifadə olunacaq.

Mənbə: Lenta.ru

Share: