Rusiya sülhməramlıları: “Yaralılar Azərbaycandan razılıq alınaraq Ermənistana daşınırlar”

Xankəndi-Əsgəran yolunda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində xəsarət alan ermənilərin Ermənistan ərazisinə daşınması Rusiya sülhməramlı kontingentinin helikopterləri tərəfindən həyata keçirilib.

Bu barədə Rusiya sülhməramlı kontingentinin “Telegram” kanalında məlumat yayılıb.

Bildirilir ki, bu, Azərbaycan tərəfi ilə razılaşmaya əsasən təmin olunur.

 

Share: