Quba polisi əməliyyat keçirdi: Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etmək, saxlamaq, daşımaq və satmaqda şübhəli bilinən rayon sakini Sasun Yusufov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman 11 kiloqram 198 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Yusufovun barəsində həbs qətimkan tədbiri seçilib.

 

Share: