“Neftçi”nin legioner futbolçuları Xankəndi ilə bağlı video paylaşdılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin legioner futbolçuları sosial şəbəkə hesablarında anlamlı addımla diqqət çəkiblər.

Oxu.Az xəbər verir ki, əcnəbi oyunçular “ağ-qaralar”ın rəsmi “Instagram” hesabında Xankəndidə Azərbaycan bayrağının ucaldılması ilə bağlı paylaşılan videonu öz profillərinin hekayə bölümünə yerləşdiriblər.

İvan Brkiç, Yuri Matias, Mark Tamaş, Dieqo Valdes və Lukas Melano bu addımı atıblar.

Share: