“Meta” Özbəkistanda nümayəndəlik açacaq

“Meta” şirkətinin nümayəndə heyəti Özbəkistanın paytaxtına səfəri zamanı Daşkənd İT Parkının nümayəndələri ilə əməkdaşlıq və nümayəndəliyinin açılması mövzusunda danışıqlar aparıb.

Bu barədə bazar ertəsi parkın mətbuat xidməti məlumat yayıb.

“Görüşdən sonra iştirakçılar “Meta” şirkətinin Özbəkistanda nümayəndəliyinin açılması barədə razılığa gəliblər”, – məlumatda bildirilib.

Qeyd edək ki, Daşkənd IT Parkı 2019-cu ilin ortalarında açılıb.

Mənbə: TASS

Share: