Kıvanç Tatlıtuğ oğlu ilə xəstəxanadan çıxarkən görüntüləndi

Məşhur türkiyəli aktyor, son zamanlar “Ailə” serialında Serenay Sarıkaya ilə baş rolları ifa edən Kıvanç Tatlıtuğ oğlu Kurt Efe ilə xəstəxanadan çıxarkən görüntülənib.

Atasının qucağında olan Kurt Efe sarı saçları ilə hər kəsi özünə heyran edib və onu görənlər eynən atasına bənzədiblər. “Eynən atasıdır”, – deyə bir çox sosial şəbəkə istifadəçisi fikrini bildirib.

Qeyd edək ki, 2016-cı ildə Başak Dizerlə ailə həyatı quran Kıvanç Tatlıtuğ 2022-ci ildə ilk övladını qucağına alıb və ailə həyatını gözlərdən uzaq yaşamağa üstünlük verir.

Mənbə: Haber Global

Share: