İsrail ordusu Qəzzada HƏMAS-ın 250-dən çox hədəfini vurub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail Müdafiə Ordusu (SAXAL) son 24 saat ərzində döyüş təyyarələrinin Qəzza zolağında HƏMAS-ın 250-dən çox hədəfinə zərbələr endirdiyini bildirib.

SAXAL-ın məlumatına görə, bu ərazilərə HƏMAS-ın infrastrukturu, komanda mərkəzləri, tunellər və raket buraxılış qurğuları daxildir.

SAXAL həmçinin bildirib ki, reaktiv qurğular müharibə müddəti ərzində İsrail ərazisinə atəş açılan mülki rayonların mərkəzində yerləşdirilib.

Bundan əlavə, SAXAL qeyd edilib ki, hərbi dəniz qüvvələri HƏMAS-ın Xan Yunisdəki “yer-hava” növünə aid raket buraxılış məntəqəsinə zərbələr endirib.

Məlumata görə, raket meydançası məscidin və uşaq bağçasının yanında yerləşir ki, bu da HƏMAS-ın mülki obyektlərdən terror məqsədləri üçün qəsdən istifadə etdiyini sübut edir.

Mənbə: Times of Israel

Share: