İdman ustası Rusiya kubokunun finalı zamanı dünyasını dəyişib

İdman ustası və paraşütlə tullanma komandasının üzvü, 45 yaşlı Dmitri Belyayev Çeçenistanda keçirilən Rusiya kubokunun finalı zamanı dünyasını dəyişib.

İlkin məlumata görə, təcrübəli idmançı eniş zamanı hündürlüyü hesablamayıb və yüksək sürətlə suya düşüb. Belyayev su anbarından çıxarılan kimi həkimlərə təhvil verilib. Lakin onların səylərinə baxmayaraq, paraşütçü aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, Belyayev paraşütlə 3700 dəfədən çox tullanıb.

Mənbə: Lenta dnya

Share: