Hindistanda seldə ölənlərin sayı artdı — Yenilənib

Hindistanın şimal-şərqində sel nəticəsində həlak olanların sayı 31 nəfərə çatıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ölənlərdən 4-ü əsgərdir.

Təbii fəlakət zamanı itkin düşən 100-dən çox insanın axtarışları və yaralanan 26 nəfərin isə müalicəsi davam etdirilir.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatda 14 nəfərin öldüyü bildirilirdi.

***

Baş verən daşqında ölənlərin sayı 42 nəfərə çatıb.

Hava şəraitinin yaxşılaşması ilə əlaqədar itkin düşmüş 142 nəfərin, o cümlədən 15 hərbçinin axtarışları davam etdirilir.


Share: