Türkiyədə mühafizə xidmətinin müdiri öz işçisi ilə əlbəyaxa oldu

Türkiyənin İstanbul şəhərində yerləşən xəstəxanalardan birində mühafizə müdiri işləyən şəxs ondan dövlət orqanlarına şikayət edən işçisinə hücum edib.

Hadisə anbaan müşahidə kameraları tərəfindən qeydə alınıb.

Mühafizə xidmətinin digər əməkdaşı əlbəyaxa olan şəxsləri aralamağa cəhd edib.

Aparılan araşdırma zamanı məlum olub ki, mühafizə xidmətinin digər üç əməkdaşı da həmin müdirdən şikayətçidir.

Şikayət edən şəxslər müdirin şəxsi heyət arasında ayrı-seçkilik etdiyini, onları daim kamera nəzarəti altında psixoloji təzyiqə məruz qoyduğunu, özünün yalan elanlarına şərik etmək istədiyini qeyd ediblər.

Mənbə: İHA

Share: