Çuvallarla Ukraynanın müdafiəsinə qalxan “Çörəkçi Kənan”

Dnepropetrovsk vilayəti Ukraynada davam edən hərbi əməliyyatın ilk günündən Rusiya ordusunun hədəfindədir. Ukraynanın cənubu ilə şərqi arasında körpü rolunu oynayan bu vilayətdə azərbaycanlılar da az deyil.

Dnepropetrovsk Azərbaycanlıları Konqresinin üzvü, bölgədə “çörəkçi” kimi tanınan Kənan Şükürov 30 ildən çoxdur ki, burada yaşayır. O, müharibənin ilk günlərindən vilayətin raket atəşi altında olmasına baxmayaraq, ukraynalıları pulsuz çörəklə təmin etməklə yanaşı, həm də bölgənin barrikadalarının qurulmasını boş un çuvalları ilə təşkil edib. Belə ki, Dnepropetrovskun əksər barrikadaları onun 50 mindən çox kisələri ilə qurulub.

Dnepropetrovsk vilayətinin deputatı, Ukrayna Silahlı Qüvvələrinin hərbçisi Maksim Kuryaçi cənubi Ukraynanın müdafiəsində azərbaycanlıların müstəsna rolundan danışıb.

“Dnepropetrovsk vilayətindəki Azərbaycan diasporu Ukrayna ərazisində fəaliyyət göstərən ən böyük diasporlardan biridir. Son 8 ayda yaşananları nəzərə alaraq, buradakı azərbaycanlıları ukraynalılardan ayırmıram. Hələ 2014-cü ildə azərbaycanlıların bəziləri könüllü olaraq cəbhəyə yollandı və təəssüf ki, aralarında həlak olanlar da olub. Bu qəhrəmanların adları Ukrayna tarixinə qızıl hərflərlə yazılıb”, – deyə o bildirib.

Qeyd edək ki, Dnepropetrovsk vilayətinin enerji və sənaye infrastrukturu da Rusiya ordusunun hədəfindədir.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

 

Share: