Ceyhun Bayramov BMT TŞ-nin Qarabağdakı vəziyyətlə bağlı iclasında iştirak edir

BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələr başlayıb.

“Report” xəbər verir ki, müzakirələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edir.

19:43

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün BMT Təhlükəsizlik Şurasında Qarabağdakı vəziyyətlə bağlı keçiriləcək müzakirələrə qatılacaq.

“Report” xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Ermənistanın BMT-dəki daimi nümayəndəliyinin müraciəti ilə baş tutacaq iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan çıxış edəcək.

Share: