BƏƏ-nin dövlət naziri: “Cənubi Qafqazda təhlükəsizliyin qorunması vacibdir”

“Cənubi Qafqazda təhlükəsizliyin qorunması vacibdir”.

“Report” xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı keçirilən müzakirələr zamanı Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Əhməd Əli Əl-Sayeğ deyib.

Onun sözlərinə görə, konstruktiv dialoqa sadiqlik vacibdir:

“Eskalasiyadan qaçmaq lazımdır. Bu gün Azərbaycanın Yevlax şəhərində görüş keçirilib və ümid edirik ki, bu görüş gələcəkdə də mübahisələrin nizamlanmasına yardım edəcək”.

Share: