Planetin xilası üçün fantastik məbləğ tələb olunur

Nüfuzlu institusional investorlar qrupu dünyanın aparıcı dövlətlərini 275 trilyon dollarlıq sərmayənin cəlb edilməsi üçün siyasi maneələri aradan qaldırmağa çağırıb.

“Net Zero Asset Owner Alliance” (NZAOA) qrupunun hesabatına əsasən bildirilir ki, planetin iqlimini olduğu kimi saxlamaq və 2050-ci ilə qədər yaşıl enerjiyə keçidi həyata keçirmək üçün böyük vəsait lazımdır.

Hazırda isə investisiya qrupunun cəmi 11 trilyon dollar aktivi var.

Təşkilatdan verilən məlumata görə, qlobal iqtisadiyyatın ənənəvi yanacaqlardan asılılığını aradan qaldırmaq və aşağı karbonlu enerjiyə keçid üçün əhəmiyyətli investisiyalara ehtiyac olacaq. Bunun üçün hakimiyyət orqanları bərpa olunan enerji mənbələrinə keçid sahəsində daha aydın və qətiyyətli siyasət aparmalıdırlar.

Mənbə: lenta.ru

Share: