Bosfor boğazı Rusiyaya gedən gəmiyə görə bağlandı

Bosfor boğazından keçən quru yük gəmisində mühərrik nasazlığı yaranıb.

Bu səbəbdən də boğazda gəmilərin hərəkəti dayandırılıb.

Məlumata görə, 190 metrlik quru yük gəmisi Panama bayrağı altında üzür və Rusiyaya doğru hərəkət edirdi.

İstanbulun Asiya sahillərində yük gəmisinin mühərriki sıradan çıxıb və o boğazda qalıb. Hadisə yerinə yedək gəmiləri göndərilib.

Gəminin boş olduğu bildirilir.

Mənbə: Haber Global

Share: