Bakıda avtomobil işıq dirəyinə çırpıldı: Xəsarət alan var

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

“Kia” markalı avtomobili idarə edən sürücü Rəşid İsmayılov küçəsində sükana nəzarəti itirib. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü xəsarət alıb. İşıq dirəyi sıradan çıxıb, avtomobil deformasiyaya uğrayıb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Share: