Bakı-Sumqayıt yolunda iki avtomobil toqquşdu

Bakı-Sumqayıt yolunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, “Daewoo Nexia” markalı avtomobil “Hyundai” markalı maşına çırpılıb.

Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisə nəticəsində xəsarət alan yoxdur. 

Faktla bağlı araşdırma aparılır.

Share: