ABŞ Ukraynaya 275 milyon dollar ayırdı

ABŞ Ukraynaya yeni yardım paketinin ayrılmasını təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ağ Ev məlumat yayıb.

Açıqlamaya görə, ABŞ Prezidenti Co Bayden Dövlət Departamentinə Ukraynaya 275 milyon dollarlıq yeni müdafiə yardımı etmək səlahiyyəti verib.

Bundan əlavə, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi Zoom vasitəsilə keçirdiyi brifinqdə “Ukraynaya yeni 275 milyon dollarlıq müdafiə paketinin tezliklə yola salınacağını elan etməkdən məmnunam”, – deyib.


Share: