Avropa Parlamentinin sədr müavini korrupsiya ittihamı ilə saxlanıldı

Avropa Parlamentinin (AP) sədrinin müavini Eva Kailinin Belçika Federal Prokurorluğu tərəfindən aparılan korrupsiya istintaqı çərçivəsində saxlanıldığı bildirilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Belçika mətbuatı məlumat yayıb.

Bildirilib ki, Belçika Federal Prokurorluğu gün ərzində 16 evə basqın edib.

Nəticədə AP sədrinin müavini , AP Sosialistlər və Demokratların Proqressiv Alyansı (S&D) və Yunanıstanın müxalifət partiyası PASOK-un üzvü Eva Kaili və daha 3 nəfər saxlanılıb.


Share: