İnsanlara hər il peyvənd vurula bilər

İnsanlara qrip peyvəndi kimi hər il Covid-19 peyvəndi vurula bilər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Ağ Evin Covid-19 ilə Mübarizə Bölməsinin rəsmiləri epidemiyanın gedişatı ilə bağlı mətbuat konfransında danışıblar.

“İndi dəqiqdir ki, Covid-19-un hər il yeni variantları yaranacaq. Qrip peyvəndləri kimi, yeni variantlara görə vaksin vurdurmağımız vacib ola bilər”, – ABŞ Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun (NIAID) direktoru Antoni Fauci burada etdiyi çıxışda bildirib.


Share: