Azərbaycan Premyer Liqası: “Neftçi” ilk qələbəsini qazanmağa çalışacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçiriləcək.

Oxu.Az xəbər verir ki, “Neftçi” öz meydanında “Səbail”lə qarşılaşacaq.

“Neftçi Arena”da keçiriləcək matç saat 20:00-da başlayacaq.

İlk görüşdə səfərdə “Kəpəz”ə məğlub olan “ağ-qaralar” ilk qələbələrini qazanmağa çalışacaqlar. Elə “Səbail” də ilk matçında “Sumqayıt”a uduzub.

Azərbaycan Premyer Liqası

II tur

14 avqust (bazar ertəsi)

20:00. “Neftçi” – “Səbail”

Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Zöhrab Abbasov, Sabuhi Bayramov

“Neftçi Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Araz Naxçıcan” “Qəbələ”yə (2:0), “Zirə” “Kəpəz”ə (1:0), “Qarabağ” isə “Turan Tovuz”a (3:0) qalib gəlib. “Sumqayıt” – “Sabah” matçı isə təxirə salınıb.

Share: