Kapitan Rəşad Nəsirov: “Mən 5 yaşımda özümü dənizçi kimi hiss edirdim…

Müstəqil.Az -ın DSD İB yi ilə birgə hazırladıqları “Dənizçi həyatı” lahiyəsinin budəfəki qonağı Xəzər Dəniz Neft  Donanmasının kapitanı Rəşad Həşim oğlu Nəsirovdur

– Rəşad kapitan, gənc də olsan, kifayət qədər təcrübə toplamış dənizçisən. Kapitan olaraq da sənə böyük etimad göstərilir, mümkünsə özün haqda bir qədər ətraflı məlumat verərdin.

– Faiq kapitan, ilk öncə sənə təşəkkür edirəm ki, “DSD”İB adlı bir qurum təsis etmisən və biz dənizçilər üçün çox mühüm informasiyalar, maraqlı yazılar, istedadlı həmkarlarımızın əl işləri və bədii yaradıcılıqlarını yayınlayırsan, necə deyərlər bizim həmkarlarımızın nəyə qadir olduqlarını bizə tanış edirsən. O ki, qaldı özüm haqda məlumata, 1980-cı ilin 20 avqustunda Lerik şəhərində ziyalı ailəsində anadan olmuşam. Orta məktəbi də elə burada getmişəm. 1997-ci ildə Lerik şəhər 1 nömrəli məktəbi bitirmişəm və elə həmin il Bakı Dənizçilik Məktəbinə qəbul olunmuşam.

– Nə vaxtdan dənizə gəldin və hal hazıra qədər keçdiyin yola bir nəzər salaq.

-Dənizçilik məktəbini bitirdikdən sonra 1998-ci ildən isə XDND idarəsində matros vəzifəsində əmək fəaliyyətinə başlamışam. 2002-ci ildə ADDA qəbul olmuşam, 2007-çi ildə Akademiyanı bitirmişəm və Kapitan köməkçisi vəzifəsinə əmək fəaliyyətinmmə davam etdirmişəm. Hal hazirda “İsrafil Hüseynov” gəmisində Kapitan vəzifəsində çalışıram.

-Dağ rayonunda, dənizlə əlaqəsi olmayan bir məkanda, həkim ailəsində doğuldun, məktəbə getdin. Bəs, səndə  dənizə maraq haradan yarandı?

-Dənizçi olmaq həvəsi məndə uşaqlıqdan yaranıb. Atamın dənizlə bağlı xoş xatirələrinə qulaq asardıq və mən də bu sahəyə maraq yaranardı. Atam keçmiş SSRİ-nin hərbi dəniz donanmasında xidmət edib. Sonralar, biz uşaq olanda da ara-sıra Rusiya Federasiyasına gedərdi və gələndə mənə dənizçi uniforması gətirərdi. Həvəslə geyinərdim. O zaman mənim cəmi 5 yaşım vardı, uşaq idim, özümü bu paltarların içərisində əsl dənizçi kimi görürdüm. Elə tay-tuşlarımın da həsəd dolu baxışları altında özümü fərqli bir sahənin qəhramanı kimi görürdüm.  Beləliklə məndə dənizə, dənizciliyə maraq erkən yaşlarımda oyandı

– Dəniz və dənizçi sənin üçün nə deməkdir. Dənizçinin həyatını necə xarakterizə edərdin.

-Dənizci olmaq üçün ilk öncə mütləq dənizi sevməlisən. Bu sevgi olduqdan sonra öz sənətini, seçdiyin ixtisası da mükəmməl öyrənəsən, sözssüz bu da sevgisiz olmaz, demək ixtisasına da bağlı olmalısan.  Bir sözlə, dənizçi olmaq bir başqa  həyatın obrazını yaşamaqdır. Dənizçilərin başqa sahənin adamları ilə müqayisədə fərqli olması göz önündədir.  Onlar hər bir yerdə seçilən insanlardı, istər həyata baxış bucaqları, istərsə də cəmiyyətdəki nüfuz və xarakter baxımından fərlidirlər.  Hər hada mən belə düşünürəm…

-Dənizçilərin maraqlı xatirələri olur, macərasız ötüşmürlər, sənin həyatında necə, belə anlar olubmu?

-Əlbəttə, dənizçilər zəngin həyat təcrübəsinə və maraqlı, macəra dolu yaşam tərzinə malik olan insanlardır. Bizim də belə günlərimiz olub. Mən hər hansı haqda danışmaq istəməzdim, amma hazırda təlimatçı kapitan olan Şakir Dadaşov bizim gəmidə, İsrafil Hüseynov” gəmisində kapitan olarkən mən kapitanın böyük köməkçisi idim. Gəmi bir müddət Limanbazada dayandı, kapitanımız bizə arxayın idi, güvənirdi. Biz də bəzən bu güvəncdən sui-istifadı edər, növbədən çıxdıqda, gəmini tərk edərdik. Səhəri, yaxud nə vaxtsa söhbət olanda o, bizə deyərdi, filan vaxt belə bir şey oldu, o vaxt sən gəmidə deyildin, filan saatda tərk etmişdin və sair. Utandırardı, bizi, amma heç vaxt bir ba.a üzümüzə vurmazdı. Əmin idik ki, o danosbazları sevmir və heç kəsdən informasiya almır. Lakin, sonradan tam əmin olduq ki, Şakir Kapitan kayutasında olduqda belə gəminin bütün sahələrini izləyir və körpünü də nəzarətində saxlayır.

Şəkilin açıqlaması yoxdur.

– Uzun illərdir XDND də çalışırsan, ASCO ailəsinin üzvüsən. De, donanmamızın dünya dənizçilik şirkətləri arasında nüfuzu sənin üçün qənaətbəxşdirmi? Daha nələr etmək olar?

– Donanmamızın həqiqətən inkişafı göz qabağındadır, inkişaf edir, yeni gəmilər alınır, yeni layihələrə start verilir, uğurla başa çatdırılır. Düşünürəm və əminəm ki,  bütün Dünya gəmiçilik şirkətləri ilə rəqabət apara bilən bir şirkətimiz var. Bu da bizi daha da həvəsləndirir ki, işlərimizi uğurla davam etdirək, məsuliyyətli olaq.

-Bir neçə gündən sonra sənin ad günündür. DSD İB-nin idarə heyəti adından səni ürəkdən təbrik edirik. Çox yaşa, xoş yaşa.
-Çox sağ olun, mən də sizə öz təşəkkürümü bildirirəm ki, həmişə dənizçi həmkartlarınızın yanındasınız.

Söhbətləşdi: Faiq Balabəyli

 

 

Share: