Ukraynanın Ermənistandakı səfirinin müşaviri Göyçə gölündə batıb

Ukraynanın Ermənistandakı səfirinin müşaviri Göyçə (Sevan) gölündə batıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “shamshyan.com” portalı yayıb. 

Məlumata görə, xilasedicilər göldə batan həmin şəxsi sudan çıxarsalar da, onun artıq öldüyü məlum olub. Sözügedən şəxsin adı açıqlanmayıb.

Məsələ ilə bağlı cinayət işi başladılıb.

 


Share: