Araz Əlizadə dəfn edilib

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə dəfn edilib.

APA-nın xəbərinə görə, Təzəpir məscidində mərhumla yaxınları və dostları vidalaşıblar.

Daha sonra Araz Əlizadənin cənazəsi Yasamal rayon qəbiristanlığına gətirilərək dəfn edilib.

11:52

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə bu gün gecə saatlarında vəfat edib.

Bu barədə APA-ya mərhumun oğlu xəbər verib.

O bildirib ki, onkoloji xəstəlikdən əziyyət çəkən atası bu gün günorta saatlarında Yasamal qəbiristanlığında dəfn ediləcək.

Share: