Almaniya Ukraynaya zirehli körpü maşınları verib

Almaniya Ukraynaya 16 ədəd “Biber” zirehli körpü maşını (tankların və digər ağır döyüş texnikalarının və piyadaların çayların və digər su maneələrinin üzərindən keçməsi üçün istifadə edilir) verib.

Bu barədə Almaniya mətbuatı ölkənin federal hökumətinin məlumatlarına istinadən xəbər verir.

Qeyd olunub ki, bu maşınlar həmçinin müvəqqəti körpülərin tikintisi və ya zədələnmiş körpülərin bərpasında istifadə olunur.

Mənbə: Unian

Share: