Onun zəfər ömrü…

“Cənab İlham Əliyev Azərbaycanın neçəəsrlik taleyüklü ağrılı problemi olan erməni işğalının və torpaq iddiasının son mərhələsinə gəlib çatmaqla tarixdə heç bir sərkərdənin, siyasi liderin görə bilmədiyi missiyasını qürurla başa çatdırdı”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri siyasi elmlər doktoru, professor Vaqif Abdullayev deyib.

O bildirib ki, Şah İsmayıl 1501-ci ildə möhkəm ideoloji əsasları olan mərkəzləşmiş Azərbaycan dövlətini yaratdığı kimi, cənab İlham Əliyev də son 500 ildə coğrafi-siyasi bütövlüyü, milli süverenlyi və ərazi bütövlüyü pozulmuş, legitim siyasi vahidliyi itmiş Azərbaycanın dövlətçilik tarixini bütövləşdirdi, siyasi-inzibati dövlət quruluşunu bərpa etdi:

“İstər Xanlıqlar döründə, istərsə də sonrakı illərdə Qarabağda və Şəngəzurda hərbi-siyasi nəzarəti bərpa etmək mümkün olmamışdı, əksinə coğrafi bütövlüyümüzün ən ağır yaralarından olan İrəvanı itirmişik. Sovetlər dövründə Zəngəzuru itirməklə Azərbaycanın qardaş Türkiyə ilə siyasi-inzibati bağlantısına son qoyulmuş, bir sözlə, Azərbaycan dövlətinin XVIII əsrdə mövcud olmuş ictimai-siyasi bütövlüyü pozulmuşdu.

Bu siyasi-coğrafi natarazlığı yalnız ulu öndər Heydər Əliyev – cənab İlham Əliyev siyasi genetikası bərpa etdi. Heydər Əliyev tarixdə yeni şans qazanaraq ötən əsrdə müstəqilliyini bərpa edən, ancaq parçalanaraq yox olmaq təhülkəsi ilə üzləşən Azərbaycanı xilas edib İlham Əliyevə əmanət etdi. Siyasi varis isə ümummilli liderin vahid və qüdrətli Azərbaycanı quruculuğu ideyasını tamamladı.

Beləliklə, İlham Əliyev 20 illik hakimiyyəti dövründə 200 illik dövlət irsini, Azərbaycanın tarixi-siyasi xəritəsinin bərpa etməklə son yüzilliklərdə yetişmiş Ən Böyük tarixi şəxsiyyət kimi adını əbədiləşdirdi.

O, Azərbaycanın ümummilli varlığı, ən zəngin sərvətidir. Azərbaycan dövlətinin tarixi və siyasi obrazıdır. Onun ömrü zəfər ömrüdür. Bu, həm də müstəqil Azərbaycanın memarı Heydər Əliyevin şərəfli ömrünün davamıdır.

Torpaqlarımız erməni işğalı altında olan zaman yurd həsrəti ilə sızıldayan ağsaqqal və ağbirçəklərimiz Allaha dua edirdi ki, bizə Qarabağın azad olduğu günü görməyi nəsib et, sonra bu dünyadan rahat köçək. Minlərlə insan bu nisgillə dünyasını dəyişdi, neçə illər onların ruhu o dünyada da işğalda qalan Qarabağın yanğısı ilə narahat yaşadı. İlham Əliyev Qarabağı qaytarmaqla onların da ruhunu şad etdi, o müqəddəs dünyada rahat uyumalarına səbəb oldu.

Heç şübhəsiz ki, onun geridönməz iradəsi və siyasi cəsarəti sayəsində Zəngəzur dəhliizi də açılacaqdır və bununla da Azərbaycanın Türkiyə ilə neçə yüzilliklər mövcud olmuş inzibati bağlantısı da təmin olunacaqdır.

Prezident İlham Əliyev hədsiz dərəcədə siyasi peşəkar, mahir və çevik diplomatdır. Onun siyasi fəhmi heyrətamiz dərəcədə əvəzolunmazdır. Nəyi nə vaxt və neçə etməyi onun qədər zərgər dəqiqliyi ilə müəyyən edəcək şəxsiyyət müasir siyasi tariximizdə barmaqla sayılacaq saydadır.

İlham Əliyev erməni terrorizminin kökünü kəsmklə gələcək nəsilləri də ağır yükdən qurtardı. Gələcəyimizin ümidi və təminatçımız olan fidan balaların, uşaqlarımızın əbədi səadəti, sabitliyi və dayanıqlı sülh içində yaşaması üçün daimi bünövrə qoydu.

Onun diplomatik jestləri də çox unikaldır. Müdrik, ağıllı qərarları ilə yanaşı, lakonik və hədəfi sərrast vuran kəsərli sözləri, nitqində möhkəm bir məntiq, rabitə vardır. Xarici televiziyalara müsahibələrində, beynəlxalq mötəbər kürsülərdə və tədbirlərdə çxışlarında ortaya qoyduğu faktlar, sübutlar qarşı tərəfin arqumentlərini tamamilə alt-üst edir, tərəf-müqabili bu fitri istedad və iti yaddaşa və güclü hafizəyə malik natiq qarşısında mat qalmalı olur.

İlham Əliyev müasir siyasətin yaddaşını dəyişdi, onun gənc siyasətçi kimi dünya siyasətində ilk addımlarını atmağa başladığı vaxtlarda saysız qədər siyasətçi, dövlət liderləri fəal səhnədə idi, ancaq 20 il ərzində onların əksəriyyəti siyasi səhnədən heç bir yaddaqalan, xatıralnacaq heç bir iz qoymadan getdi, onlar sadəcə ənənəvi iyerarxiyaya söykənərək dövlət başçısı kimi tarixdə qaldılar. Ancaq İlham Əliyev müasir siyasi tarixdə əsl tarix yaradan, geosiyasi vəziyyəti dəyişən və dəyişdirən, regionun geocoğrafi landşaftını yenidən quran, qlobal təşkilatların qocalmış siyasi sistemini gəncləşdirməyə çalışan və əsaslı dəyişikliklər yaradan, yeni reallıqları qəbul etdirən və bütün diqqətləri özünə çəkən, əzmkarlığı ilə möhür vuran qətiyətli lider kimi yadda qalmaqdadır.

XXI əsrin ikinci onilliyi İlham Əliyevin siyasi əzəmətinin nişanəsidir. 44 günlük Vətən müharibəsində və tarixi zəfərimizdən sonra ABŞ, Avropa Birliyi ölkələrinin davamlı olaraq cənab İlham Əliyevlə müntəzəm əlaqə saxlaması, regional məsələlərdə onunla məsləhətləşməsi, geosiyasi proseslərdə onun qətiyyətli mövqeyi ilə razılaşması bir daha İlham Əliyev siyasi qüdrətinin möhtəşəmliyindən xəbər verir.

İlham Əliyevin diplomatik peşəkarlığı və siyasi müdrikliyinin altqatında həm də zəngin mənəvi keyfiyyətlər vardır. O, düşmənin səhvlərini bağışlayacaq qədər mərd və vüqarlı insandır. Antiterror əməliyyatlarının başa çatmasından sonra xalqa müraciətində Ermənistan hakimiyyətinin öz səhvlərini başa düşərək vəziyyəti gərginləşdirməməsi, özünü sakit aparmasını İlham Əliyev yüksək qiymətləndirdi və sülh üçün onlara yeni şanslar verdi. Bu, bir daha onun son yüzilliklərin tarixində yetişmiş nadir bağışlayan sərkərdə olmasına işarə edir.

İlham Əliyev həm də Cənubi Qafqazın, regionun xilaskarıdır. O, ermənilərin “Böyük Ermənistan” yaratmaq xülyalarını da darmadağın etməklə, Qafqazda və regionda digər ölkələrin də siyasi gələcəyinə, dövlət suverenliyinə olan təhlükələri aradan qaldırdı. Ermənilərin ötən onilliklər, yüzilliklər ərzində başqa ölkələrin torpaqlarını işağl edərək ərazilərini genişləndirmək kimi təcavüzkar siyasətini, faşist və nasist ideologiyasının qarşısını almaqla cənab İlham Əliyev Azərbaycan torpaqları ilə yanaşı, Gürcüstanın və Türkiyənin ərazilərinə qarşı yönəlmüş bütün iddiaları arxivə göndərdi.

O, qurucu lider kimi Cənubi Qafqazın, Avrasiya regionun siyasi-ictimai həyatında yeni münbit dövrün, dayanıqlı sabitliyin əsaslarını qoydu. Bölgədə uzunömürlü əsl siyasi sabitlik, normal siyasi inteqtrasiya, birgəyaşayış və sülh bundan sonra başlayacaq.

İlham Əliyev 20 ildir ki, öz ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr edir, gecə-gündüz yorulmaq bilmədən ali kürsüsündə ali vətəndaş kimi xidmət edir. Bu, onun tükənməz millət sevgisinin nümunəsidir.

İlham Əliyev ömrü Azərbaycan tarixinin salnaməsidir. Tarix dəyişəcək, neçə illər keçəcək, Azərbaycanın siyasi tarixində İlham Əliyevin Qarabağ tvitləri, zəfər bəyanatları, xalqa müraciətləri tarixi kitabə kimi qorunub saxlanılacaq, gələcək nəsillər onun dəmir yumruğunu qiymətli eksponat kimi nəsildən-nəsilə adlayacaq!!!”

Vaqif Abdullayev


Share: