Netanyahunun  başı dərddə

İsraildən gələn son xəbərlər Baş Nazir Benyamin Netanyahunun ciddi problemlərlə üz-üzə qaldığına işarət edir.

Tanınmış politoloq Əlimusa İbrahimov Müstəqil.Az-a bu haqda şərhində belə deyib.

“Deyəsən İsrail siyasətinin aparıcı fiqurlarından olan Bibi siyasi karyerasının sonuna yaxınlaşır. O bir daha hakimiyyətdən beşəlli yapışa bilməyəcək. İsrail polisi Netanyahu əleyhinə iki yeni rüşvət qalmaqalının istintaqına başlayıb.

Amerika Birləşmiş Ştatlatlarına gözlənilən səfərdən qabaq o rüşvət ittihamı ilə əlaqədar polis müstəntiqləri qarşısında sorğuya tutulmalıdır. Artıq, Netanyahunun hakimiyyətdə qalıb-qalmaması deyil nə vaxt ofisdən uzaqlaşdırılacağı haqqında suallar ortaya atılır.

İsrail mediasının məlumatına görə Netanyahunun Likud partiyasının kuluarlarında artıq onu vaxtı bitmiş hakim adlandırırlar.

Netanyahunun başına gələn problemlər onun yaxın ətrafı hesab olunan , inandığı şəxslər üzündən olmuşdur.

Onun ofis rəhbəri Şlomo Filber korrupsiya ittihamları üzrə müstəntiqlərlə razılığa gələrək öhdəsində olan bütün informasiyanı istintaq organları ilə paylaşmışdır.Onun məlumatına görə baş nazir İsrail telecommunikasiya nəhəngi Bezeqi ələ alaraq özü, ailəsi və yaxınları haqqında müsbət imicin formalaşdırılmasına nail olmuşdur. Yaxın günlərdə polis bu məsələl ilə əlaqədar onu istintaq cəlb edəcək.

Netanyahunun hakimiyyətdən uzaqlaşdırılması qaçılmazdırmı?

Yerusəlimdəki Hebru Universitetinin politoloqlarından biri olan Yaron Ezrahinin ötən həftə dediyinə görə Filberin ifadə vermək haqqında razılığa gəlməsi Netanyahunun hakimiyyətdə sayılı günlərinin qalmasına işarədir.

“ O hakimiyyətdən yapışa bilməyəcək”- deyə Ezrahi bildirib . “Onun yıxılması qaçılmazdır. O ya istefa verəcək, ya da öz partiyası və ya koalisiya tərəfindən hakimiyyətdən uzaqlaşdırılacaq.”

“ Onun hakimiyyəti nəzrəçarpacaq dərəcədə zəifləyib. Ətrafındakı adamlar artıq ondan çəkinmirlər”. Politoloq  Haaretz saytına bildirmişdir.

Netanyahunun işi üzrə yeni şərait bu ayın əvvəlində polisin onu iki yeni rüşvət ittihamı üzrə istintaqa cəlb etmək haqqında tövsiyəsindən sonra yaranmışdır. O bahalı hədiyyələr və media yardımı müqabilində aparıcı iş adamlarına əlverişli şərait yaratmaqda ittiham olunur.

Baş nazirin məsələsi beşinci kalon tərəfindən nəzarət altına alındıqdan sonra  Netanyahunun yaxın çevrəsinə daxil olan bir sıra şəxslər artıq ciddi polis təzyiqi altındadırlar,bəziləri həbs olunub.

Bundan başqa Netanyahunun arvadı Sara ailənin rəsmi işlərini idarəsi zamanı qanunsuzluğa yol verdiyinə görə də ittihamla üzləşib.

Digər tərəfdən İsraildə mövcud olan hüquqi proseduralara görə Netanyahu o zaman mühakimə oluna bilər ki,  İsrailin Baş prokuroru Avichai Mandelbilit  polisin onun haqqında qərarını təsdiq etsin.

Netanyahu tərəfindən vəzifəyə gətirilən Baş prokurorun Netanyahunu mühakimə edib-etməyəcəyi böyük maraqla gözlənilir.

Amma Mandelbilitin özü də 2015-ci ildə Netanyahunun arvadı Saranın üzərindən ittihamı götürmək üstündə ciddi təhqiqat qarşısındadır.

Ezrahi hesab edir ki, Mandelblit hazırki şəraitdə ittihamı Bibinin üzərindən götürə bilməyəcək. Netanyahunun keçmiş ofis rəhbəri ona qarşı irəli sürülən ittihamlarda polis istifadəsində olan əsas fiqurdur. Netanyahunun Bezeq agentliyinə müəyyən xidmət müqabilində yardım etdiyini o yaxın günlərdə təsdiq etməlidir.

Benyamin Netanyahunun hakimiyyətinin sona yaxınlaşması region ölkələrində müxtəlif şayiələrin yayılmasına səbəb olub. Politoloqlar daha irəli gedərək gözlənilən  hakimiyyət dəyişikliyini İsrail, Fələstin və Orta Şərq ölkələrinin prizmasından təhlil edirlər. Müxtəlif versiyalar irəli sürülür. İsrail həmişəki siyasətini davam etdirəcək, Fələstin torpağına sabitlik gələcək, İranla münasibətlər düzələcək və sair. Nəticə çıxarmaq hələ tezdir. Yaxın həftələr içində bəzi məsələlər aydınlaşacaq.

Bir məsələni qeyd etmək yerinə düşərdi ki, Netanyahu məhkəmə qrşısında dayanmamaq üçün var qüvvəsini sərf etdi. Onun İran, Livan və digər ərəb ölkələri ilə kiçik də olsa müharibəyə başlamaq cəhdi nəticə vermədi. Müxtəlif tribunalarda nümayiş etdirdiyi əyani vasitələr dinləyicilərdə istənilən təsiri buraxmadı. Görünür onun üçün siyasət yolunun sonu burada bitir.

Əlimusa İbrahimov

Politoloq.

 

 

Share: