Naxçıvan-Bakı reysində oksigen maskaları açıldı

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsinin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılıb.

Bu barədə “Qafqazinfo”ya “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, təyyarə yerli vaxt ilə saat 20:01-də ştat rejimində Heydər Əliyev Beynəlxalq Hava Limanına uğurla eniş edib.

Hazırda Bakı aeroportunun texniki xidməti hava gəmisinin yoxlanışını həyata keçirir.

 


Share: