Navalnının 20 il həbs olunması istənilib

Prokuror Aleksey Navalnının 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, məhkəmə hökmünün avqustun 4-də elan olunması gözlənilir.

Qeyd edək ki, Navalnı ekstremist təşkilat yaratmaqda ittiham olunur.

Xatırladaq ki, Aleksey Navalnı 2022-ci il martın 22-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə 9 il azadlıqdan məhrum olunub.


Share: