NATO Rusiyanın itkilərini açıqladı

NATO-nun hesablamalarına görə, Ukraynada dörd həftə davam edən müharibədə 7-15 min arası rus əsgəri həlak olub.

Müstəqil.Az – ın xəbərinə görə, bunu “Associated Press”ə NATO-nun adı açıqlanmayan yüksək rütbəli zabiti bildirib.

Mənbə qeyd edib ki, Alyansın təxminləri Ukrayna və Rusiya tərəflərinin yaydığı xəbərlərə və açıq mənbələrdən toplanan kəşfiyyat məlumatlarına əsaslanır.

O, ümumilikdə Rusiyanın Ukraynada 30 000-40 000 arası ölü və yaralısı olduğunu bildirib.

Müstəqil.Az

Share: